Azərbaycan voleybol yığmalarının kişi və qadın voleybolçular arasında AVRO-2023-ün seçmə mərhələsindəki rəqibləri bilinib. Bu barədə 12 mart tarixində Azərbaycan Voleybol Federasiyasının Facebook səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, kişilərdən ibarət yığmamızın A qrupundakı rəqibləri Türkiyə və Danimarka voleybolçuları olacaq. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. Qadınlardan ibarət yığmanın D qrupundakı rəqibləri isə Sloveniya, Gürcüstan və Avstriya kollektivləri olacaq. Qrupda ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, seçmə mərhələsinin görüşləri cari ilin avqust - sentyabr aylarında keçiriləcək.