top
Xəzərdə suyun azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ – Qorxunc xəstəliklər ARTA BİLƏR
21 noyabr 2025, 04:53
- +

Xəzərdə suyun azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ – Qorxunc xəstəliklər ARTA BİLƏR

2025-ci ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstan sahillərində Xəzər dənizində orta dəniz səviyyəsi mənfi 29,31 metr olub. Son 18 ildə isə onun səth sahəsi 36 000 kvadrat kilometr azalıb.

Xəzər nə qədər “kiçilib”?

“Kazhidromet”in verdiyi məlumatlara görə, bu ilin sentyabr ayında Qazaxıstanın monitorinq stansiyalarının yerləşdiyi şimal-şərq hissəsində dənizin orta səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metr olub.

Qazaxıstan üzrə orta dəniz səviyyəsi mənfi 29,31 metrdir. Keçən illə müqayisədə şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr azalma müşahidə olunur.

Səviyyənin aşağı düşməsi səbəbindən dənizin su səthinin sahəsi azalıb. Şimal-şərq hissəsində dayazlaşma müşahidə olunur. Rusiya Dövlət Okeanoqrafiya İnstitutunun məlumatına görə, dəniz səthinin sahəsi 2006-cı ildən 2024-cü ilə qədər 36 600 kvadrat kilometr azalıb.

Belə ki, Xəzər dənizinin sahəsi 2006-cı ildə 392 300 kvadrat kilometr olduğu halda, 2024-cü ildə 355 700 kvadrat kilometrə düşüb. Nəticədə Xəzər dənizinin şimal-şərq hissəsi sürətlə dayazlaşır.

Qazaxıstan istiqamətində sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib. 

Ümumilikdə 2001-ci ildən bəri Xəzər dənizinin şimal-şərq sahillərində sahil xətti 56 kilometrədək geri çəkilib. Əvvəllər dənizə aid olan ərazilər quruyu çevrilib, bitki və heyvanlar yaşayan ərazilər məhv olub. 2002-2015-ci ildən bəri dənizin orta səviyyəsi 0,26 santimetr azalmaqdadır. 2020-ci ildən sonra isə Xəzərin səviyyəsi şər il 30 santimetr azalır.

Ən həssas bölgələr Xəzər dənizinin şimal-şərq hissəsi, Ural çayının deltası və Manqistau bölgəsinin sahili hesab olunur.

Bəs Xəzərdə suyun azalması nəylə bağlıdır?

Suala aydınlıq gətirən ekoloq Qorxmaz İbrahimli Bizim.Media-ya bildirib ki, Xəzər dənizində suyun səviyyəsi zamanla artıb, azalır:

“2000-ci ildən başlayaraq dənizdə suyun səviyyəsi tədricən azalır. Amma fəlakət həddindən hələ çox uzağıq. Doğrudur, bəzi adamlar məsələ ətrafında müəyyən hay-küy yaradır. Reallıqsa ondan ibarətdir ki, baş verən proseslər Xəzərin spesifikası ilə bağlıdır. Hesablamalara görə yaxın 20 ildə dənizdə suyun səviyyəsi yenidən artacaq. Hələliksə proses azalmaya doğru gedir.

Budəfəki azalma şiddətli iqlim dəyişikliyi ilə üst-üstə düşür. Məlumdur ki, hazırda havanın illik temperaturu 1,5 yox, 2 dərəcə artır. Xəzərdə suyun azalmasının bir səbəbi qlobal iqlim dəyişikliyi ilə bağlıdırsa, digər səbəb antropogen təsirlərdir. Məsələn, Xəzərə əsas su daşıyıcı çaylardan - Volqadan, Kürdən və Terekdən içməli və suvarma məqsədi ilə istifadə edilməsi mənsəbə daha az suyun çatmasına səbəb olub. Beləcə daxil olan suyun azalması hesabına Xəzərin hövzəsi kiçilir. Digər tərəfdən havanın temperaturu yüksəldiyi üçün dənizdə buxarlanmanın həcmi böyüyüb”.

Xəzərin səviyyəsinin azalmasının hansı fəsadlar ola bilər?

Müsahibimiz qeyd edib ki, qorxunc fəsadlar gözlənilməsə də, bunun müəyyən nəticələri olacaq:

“Belə ki, su çəkilən ərazilərdə şoranlıq zonalar əmələ gələ bilər. Həmin ərazilərdən qalxan toz insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilər. Daşınan minerallar asanlıqla insanların ağ ciyərlərinə dolur. Bu da daha çox onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.

Ona görə də həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti bu problemə qarşı birləşməlidir. Birgə səylər nəticəsində Xəzər sahilində yeni mikroiqlim yaradılmalıdır. Qurmuş ərazilərdə susuzluğa davamlı yulğun, iydə və müxtəlif kollar əkilməlidir ki, onlar ekoloji vəziyyətin bərpasına az da olsa, köməklik göstərsin.

Amma nəzərə alaq ki, Xəzərdəki vəziyyətlə bağlı təkcə Azərbaycanın təşəbbüsləri yetərli deyil. Xəzərsahili 5 dövlət bu məsələyə eyni həssaslıqla yanaşmalıdır. Bu məsələdə ən böyük iş Rusiya və Qazaxıstanın üzərinə düşür. Çünki Xəzərin şimal və şərq sahilləri daha dayaz olduğu üçün suyu çəkilən ərazilər kilometrlərlə uzanıb gedir”.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:51

Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq

Bütün Xəbərlər
Bu gün, 11:51

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir

Bütün Xəbərlər
Dünən, 16:41

Məktəblərə "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimat göndərilib

Bütün Xəbərlər
Dünən, 16:31

Fantaziyanın sərhədi yoxdur: Cəmil Hüseynovun "Fantazm" sərgisi Bakıda - FOTO

Bütün Xəbərlər
Dünən, 15:12

AZAL: Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik

Bütün Xəbərlər
Dünən, 12:52

Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib

Bütün Xəbərlər
Dünən, 12:49

Azərbaycanda I rübdə 561 milyon manat müavinət və Prezident təqaüdü ödənilib

Bütün Xəbərlər
Dünən, 12:23

Sabah Bakıda yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 10:33

DİM-də ictimaiyyət üçün növbəti açıq görüş keçiriləcək

Bütün Xəbərlər
Dünən, 09:56

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

Bütün Xəbərlər
23 aprel 2026, 17:41

Rıza Kayaalp: "Qələbə seriyamın başlanğıcı Bakıda qoyulub"

Bütün Xəbərlər
23 aprel 2026, 17:10

Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib

Bütün Xəbərlər
23 aprel 2026, 17:07

WUF13 ilə əlaqədar Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq

Bütün Xəbərlər
23 aprel 2026, 16:46

İran səfiri Prezident İlham Əliyevə təşəkkür edib

Bütün Xəbərlər
23 aprel 2026, 15:47

Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

Bütün Xəbərlər
23 aprel 2026, 14:44

Sabah bəzi dağlıq və dağətəyi rayonlarda hava fasilələrlə yağıntılı olacaq

Bütün Xəbərlər
23 aprel 2026, 12:50

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Bütün Xəbərlər
23 aprel 2026, 12:21

Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO

Bütün Xəbərlər
23 aprel 2026, 11:13

Hakim: Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz

Bütün Xəbərlər
23 aprel 2026, 10:52

FHN gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bütün Xəbərlər
23 aprel 2026, 09:50

Naxçıvanda "smart kart tipli" sayğaclar dəyişdiriləcək

Bütün Xəbərlər
23 aprel 2026, 09:05

ABŞ-də zavodda zəhərli maddə sızması baş verib, ölən və zərərçəkənlər var

Bütün Xəbərlər
22 aprel 2026, 17:36

Azərbaycanlı qadın alpinist Türkiyə və Gürcüstandan film təklifləri alıb

Bütün Xəbərlər
22 aprel 2026, 16:39

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Oxşar xəbərlər