Bakının Yasamal rayonu, Dairəvi yolda bir nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. Bu barədə aprelin 18-də APA xəbər yayıb.
Avtomagistralın birinci zolağında nasaz vəziyyətdə olan “Toyota” markalı avtomobil dayanıb. Bunu görən “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. Nəticədə o, eyni istiqamətdə hərəkət edən “Opel” markalı maşına, daha sonra isə “Saipa” markalı avtomobilə çırpılıb.
Nəticədə “Saipa”da olan bir nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.