Yevlax, Xaçmaz və ətraf regionların sahibkarları KOB evlərinin xidmətlərindən istifadə etmək üçün “KOB növbə” tətbiqindən onlayn növbə əldə edə bilərlər. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 30 avqust tarixində rəsmi səhifəsində məlumat verib.
Sahibkarlar “KOB növbə” tətbiqini “GooglePlay”-dən yükləyərək istifadə edə bilərlər. Sözügedən tətbiq sahibkarlara KOB evlərində olan növbənin sayını və növbənin bitmə vaxtını izləməyə imkan verir.
2021-ci iin ilk 6 ayı ərzində Xaçmaz və Yevlax KOB evlərində 16280 xidmət göstərilib. Hazırda KOB evlərində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox xidmətlər göstərilir.