Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. Bu barədə martın 12-də BDYPİ-dən məlumat verilib.
Meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən zəruri ehtiyat tədbirlərini görmələri xahiş olunub.
Qeyd olunub ki, aşağıdakı yollarda hərəkət məhdudlaşdırılıb və yağan qar fəsadlar törədib:
- Qaraməryəm-İsmayıllı-Şəki;
- Muğanlı-İsmayıllı;
- Bakı-Şamaxı-Yevlax;
- Şəki-Qax;
- Yevlax-Zaqatala-Gürcüstan sərhədi;
Gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb edilməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görülüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib: “Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam edir”.
View this post on Instagram