Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb. Bu barədə 3 yanvar tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumatda bildirilir ki, dünən rayonun Şıxbağı kəndinin ərazisində Bakı şəhər sakini idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Xəsarət alan sərnişinlər xəstəxanaya çatdırılıblar.
Fakla bağlı araşdırma aparılır.