top
“Zirvəyə bir addım qalmışdı, lakin məni geri dönməyə məcbur etdilər” - Antarktidadan MÜSAHİBƏ/FOTO
06 dekabr 2025, 04:17
- ↺ +

“Zirvəyə bir addım qalmışdı, lakin məni geri dönməyə məcbur etdilər” - Antarktidadan MÜSAHİBƏ/FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elmira Aslanova - Everestə qalxan ilk azərbaycanlı qadındır. Bir neçə gün əvvəl alpinist Antarktidanın ən hündür nöqtəsi olan Vinson zirvəsinə (4892 metr) də qalxıb. O, bu səfərə “7 zirvə” layihəsi çərçivəsində yollanıb. Layihənin məqsədi hər bir qitənin ən yüksək nöqtəsini fəth etməkdir. Elmiranın Antarktidaya çatması “ALE” (Antarctic Logistics & Expeditions) şirkəti sayəsində mümkün olub. Bu şirkət qitəyə uçuşları həyata keçirən yeganə təşkilatdır və fəaliyyəti qlobal elmi proqramlar və beynəlxalq razılaşmalarla tənzimlənir.

Antarktidada olarkən Elmira Aslanova İdman.Biz-ə Vinsonun zirvəsinə qalxması barədə danışıb.

- Antarktidada yüksəlişə hazırlığın özəlliyi nədədir?

- Vinson dağına qalxmağı çətinliyi ekstremal hava şəraiti ilə seçilir. Hazırda burada qütb yay mövsümüdür, günəş batmır, sadəcə dairəvi hərəkət edir, amma temperatur yenə də çox aşağıdır: minimum –25°C, zirvədə isə –30–40°C olur. Bütün bunlara güclü, kəskin soyuq küləklər də əlavə olunur. Günəş dağın arxasına keçən kimi kölgədə temperatur dərhal daha da aşağı düşür.

Bu səbəbdən hazırlıq zamanı əsas diqqət geyimə və avadanlığa yönəlir. Vinson barmaqların və burunun donması hallarının tez-tez yaşandığı zirvə kimi tanınır. Mən təşkilatçı komandanın tövsiyə etdiyi ən isti əlcəkləri aldım və Everestə qalxdığım xüsusi geyimi də özümlə götürdüm. Yəni ən isti və etibarlı bütün avadanlığım yanımda idi.

Vinsonun digər dağlardan əsas fərqlərindən biri - bütün avadanlığı və qidaları tam şəkildə özümüz daşımağımızdır. Heç bir köməkçi yoxdur. İkinci düşərgədən – “Low Camp”dan “High Camp”a qədər ağır çantalarla sıldırım yamacdan jumarın köməyi ilə qalxırdıq. Xüsusilə mənim üçün bu daha çətin idi, çünki səhhətimlə bağlı demək olar üç ay məşq edə bilməmişdim.

- Materikə necə çatdınız?

- Biz Çilinin Punta-Arenas şəhərinə uçduq, buradan isə təxminən dörd saatlıq uçuşla Antarktidaya yollandıq. “Union Glacier” adlı kiçik düşərgəyə endik. Ora turistlərin, alimlərin və tədqiqatçıların gəldiyi bir mini-mərkəzdir. Çətin şəraitə baxmayaraq, olduqca rahatdır: geniş çadırlar, “İsveç masası”, mühazirələr və filmlər üçün ayrıca çadırlar, hətta duş otaqları da var. İstəyən müxtəlif idman növləri ilə məşğul ola bilər.

“Union Glacier”dən isə kiçik təyyarə ilə baza düşərgəsinə uçduq və zirvəyə piyada yürüşümüz məhz oradan başladı.

- Antarktida sizdə hansı təəssüratları yaratdı?

- Mən ora heyranam. Əgər Vinson dağı və “7 zirvə” layihəsi olmasaydı, bəlkə də heç vaxt buraya gəlmək haqqında düşünməzdim. Bu qitənin enerjisi, gücü, təmizliyi sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Mən təsəvvür belə etmirdim ki, Antarktida bu qədər geniş və müxtəlifdir. Elə bilir ora yalnız buz və qardır. Amma əslində bu məkan sözün əsl mənasında valehedicidir.

Burada qoxular yoxdur, amma bəzən xüsusi, heç nəyə bənzəməyən bir təmizlik ətri hiss olunur. ALE kampaniyası da daxil olmaqla hər kəs qaydalara əməl edir: kimsə gətirdiyi hər şeyi mütləq geri aparmalıdır. Antarktidaya böyük sevgi və həssaslıqla yanaşırlar. Burası sülh və elmin məkanıdır və məncə, elə bu münasibət də qitənin enerjisini gücləndirir.

- Yüksəlişin ən çətin mərhələsi hansı oldu?

- Ən böyük çətinlik tam gözləmədiyim anda yarandı. Adətən zirvəyə çıxış yeddi saat çəkir. Zirvəyə təxminən 1,5 saat qalanda xoşagəlməz hadisə baş verdi. Eynəyimin yan qoruyucusu açıldı və mən onu düzəltmək üçün çox isti əlcəyimi çıxardım. Altında nazik əlcəklər vardı və bir neçə saniyənin içində əllərim donmağa başladı.

Bunu görən bələdçi dərhal əlcəkləri taxmağımı əmr etdi və xəbərdarlıq etdi ki, barmaqlarım donarsa, məni aşağı qaytaracaq. Buna inanmaq istəmirdim. Amma bir müddət sonra eynəyin buzunu təmizləmək üçün əlcəyi yenidən çıxarmalı oldum və bələdçi radio ilə reyncerlərə məni düşürmələri üçün siqnal verdi.

Zirvəyə cəmi 1,5 saat qalmışdı! Nə qədər yalvarsam da, bələdçi təkrar edirdi: “Elmira, zirvə əsas deyil. Mən sənin barmaqlarınla risk edə bilmərəm”. Mən dedim ki, yalnız bir şərtlə enərəm - sabah yenidən cəhd etməyimə icazə versinlər. O isə yalnız: “Baxarıq” - dedi. Beləcə, mən nəzarətçi ilə birlikdə geri döndüm. Yol boyu baş verənlərə inanmırdım - bütün yolu demək olar gəlmişdim, amma zirvəyə çatmamışdım.

Düşərgəyə çatar-çatmaz yenidən cəhd etmək istədiyimi bildirdim. Reyncerlər bunun mümkün olmadığını, belə bir halın onlara ilk dəfə təsadüf etdiyini dedilər. Çünki ikinci gün ardıcıl qalxmaq üçün güc qalmır. Amma mən israr edirdim. Sonda sabah rəhbərliklə məsləhətləşib qərar verəcəklərini dedilər. Gecəni demək olar yatmadım – bilirəm ki, güc toplamaq üçün dincəlmək lazımdır, amma ikinci şans verilməməsi fikri məni rahat buraxmırdı

Səhər mənə bildirdilər ki, bələdçi Tom və reyncerlə birlikdə zirvəyə gedə bilərəm. Onlar onsuz da marşrutda göstəriciləri yeniləmək üçün yuxarı qalxacaqdılar. Çox xoşbəxt idim. Tom ilk andan dedi: “Mən əminəm ki, sən zirvəyə çatacaqsan”. Elə də oldu - mən zirvəyə çıxdım, hətta əvvəlki gündən daha sürətli.

- Bu səfər sizə nə verdi?

- Mənim üçün dağlar ilk növbədə mənəvi yolculuqdur, özünü dərk prosesidir. Yüksəliş zamanı çox şey anlayıram. Ona görə də heç vaxt yanımda kitab götürmürəm - sadəcə müşahidə edirəm, təbiəti qəbul edirəm. Bu dəfə bir daha əmin oldum: əgər bu sənin yolundursa, hər şey olması lazım olduğu kimi olur. Bir anda “uğursuzluq” kimi görünən şey bəzən daha böyük planın bir hissəsi olur - sadəcə biz bütöv mənzərəni görmürük.

- “7 zirvə” layihəsində növbəti hədəfiniz hansıdır?

- Növbəti zirvə Alyaskadakı Denalidir. Bu, hava şəraiti səbəbindən çox çətin dağdır. Vinsonu tez-tez “mini-Denali” adlandırırlar – şərtlər oxşardır, amma Denali daha sərtdir və yol daha uzundur. Bu layihəni tamlayan bir çox alpinist Denalini Everestdən də çətin hesab edir. Buna görə də ora daha ciddi hazırlaşacağam.

- Everest və Antarktida artıq fəth olunub. Motivasiya azalırmı?

- Qətiyyən yox. Mən dağları sevirəm - yalnız zirvəni yox, bütöv prosesi: hazırlığı, yeni ölkələri, tanıdığım inanılmaz insanları, daxili kəşfləri, özünü aşmanı. Təcrübəm var, amma hər yüksəliş yeni hekayə, yeni hiss, yeni mən deməkdir. Motivasiya azalmır, əksinə - artır.

- Belə ekspedisiyaların çox baha olduğunu bilirəm…

- Bəli, bu ekspedisiyalar həqiqətən də çox bahalıdır. Mənim iştirakım Azərbaycan şirkəti–sponsorum sayəsində mümkündür. Onlar bir dəfə mənə belə dedilər: “Elmira, sən bizim qürurumuzsan və biz səni dəstəkləmək istəyirik”. Mən onların inamına və dəstəyinə sonsuz minnətdaram.

- Sonda deyin: Ekstremal olan yalnız alpinistlikdir, yoxsa ümumilikdə həyatda ekstrem sevənsiniz?

- Dağlar həyatımda peyda olmamışdan əvvəl mən atçılıqla məşğul olurdum - bəzən yıxılır, xəsarət alırdım. Rahatlıqla konkidə, rolikdə sürürdüm. Amma alpinizm mənim üçün daha böyük bir şeyə çevriləndən sonra riskli fəaliyyətlərə daha ehtiyatla yanaşmağa başladım. Xüsusilə qarşıda ekspedisiya varsa. Kiçik bir xəsarət uzun müddət səni sıradan çıxara bilər və mənim üçün dağlar indi tam prioritetdir.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər