Hatayda zəlzələdən təxminən 90 saat sonra anası ilə birlikdə 10 günlük Yağız Ulaş adlı körpə dağıntılar altından xilas edilib. Bu barədə 10 fevral tarixində "Unikal" məlumat verib.
Ana və körpə ilkin müayinə ediliblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, zəlzələ Türkiyənin bir neçə şəhərində 6 fevral tarixində baş verib.