Hatayda baş verən zəlzələdən sağ çıxan Sedef Şabanoğlu və Şövkət Gülər cütlüyünün toy mərasimi baş tutub. Bu barədə 4 mart tarixində İnsanoid Türkiyə mediasına istinadən xəbər verir.
Yaşadıqları travmanı unutmağa çalışan cütlük qaldıqları hotelin dəstəyi ilə evlənib.
Toy mərasiminə hotel işçiləri və bir çox zəlzələdən zərər çəkənlər qatılıblar.
Həmçinin cütlüyün aldığı cehiz də dağıntılar altında qalıb.
Qeyd edək ki, zəlzələdən sağ çıxan 400 nəfər də həmin hoteldə qonaq edilir.