Xızıda 47 yaşlı kişi narkotikdən ölüb. Bu barədə 16 fevral tarixində Lent.az məlumat verib.
Hadisə rayonun Giləzi qəsəbəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Mehrab Hüseyn oğlu Əlyarov yaşadığı fərdi evdə istifadə etdiyi narkotikdən zəhərlənərək ölüb.
Məlumata görə, o, əvvəllər “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.