Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan 9 aylıq hamilə qadın sağ-salamat xilas edilib. Bu barədə 9 fevral tarixində Oxu.az məlumat verib.
Əcnəbi Hene Hammeko adlı 35 yaşlı 9 aylıq hamilə qadın 70 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Qadının 14 yaşındakı oğlu Məhəmməd və axtarış-xilasetmə qrupları böyük sevinc yaşayıblar.
Xəstəxanaya aparılan hamilə qadının və bətnindəki körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
[gallery link="file" columns="1" size="full" ids="104869"]