ABŞ-də bir nəfər qonşusunu "WI-FI"a kod qoyduğuna görə məhkəməyə verib. Bu barədə İnsanoid bu gün, 6 iyul tarixində xəbər verir.
ABŞ sakinlərindən biri olan Cenifer internetini parol qoymadan istifadə edib. O, "WI-FI" şəbəkəsinə şifrə qoyduqdan sonra qonşusu Rik Konor Ceniferdən parolu onunla bölüşməyini istəyib. İmtina cavabı alan Rik Ceniferi məhkəməyə verib.
Yekunda hakim Konorun tələbini rədd edib və Ceniferi narahat etməməsi barədə qərar çıxarıb.