Əfqanıstanda 6,8 bal gücündə zəlzələ olub. Bu barədə 22 mart tarixində İnsanoid xəbər verir.
Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.
Zəlzələ Özbəkistan, Pakistan, Hindistan və Qazaxıstanda da hiss olunub. Nəticədə bir sıra tikililərdə çatlar əmələ gəlib, yaşayış binaları dağılaraq yararsız vəziyyətə düşüb. İnsanlar arasında ölən və çox sayda yaralanan var.