Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 9 fevral tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Ağcabədi rayonu ərazisindəki evlərin birindən 400 dollar, 150 avro məbləğlərində pul və 9 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Q.Bədəlov, F.Fərmanlı və H.Bayramov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.