Ağsu rayonunda narkotikin təsiri altında “KamAZ” sürən şəxs saxlanılıb. Bu barədə 6 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, Elmin Azəroğlu idarə etdiyi “KamAZ” markalı avtomobillə şəhər ərazisində qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, E.Azəroğlunun narkotik vasitə istifadə etdiyi məlum olub.
Onun barəsində protokol tərtib edilərək 400 manat cərimə olunub.