Türkiyənin Antalya bölgəsində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
Səhər saatlarında Antalyanın Manavqat bölgəsində rusiyalı və belaruslu turistləri hava limanına aparmaq üçün yola düşən avtobus yol qovşağındakı beton dirəyə çarpılıb.
Qəza nəticəsində çox sayda turist yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
İnsidentlə bağlı araşdırma başladılıb.
![]()