Aprel ayında 12 gün qeyri-iş günü olacaq. Bu barədə İnsanoid bu gün, 22 mart tarixində xəbər verir.
Belə ki, aprelin 21-i və 22-si Ramazan bayramı qeyd olunacaq. Həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günüdür.
Beləliklə, gələn ayda həftəsonları ilə birlikdə 12 gün iş olmayacaq.