“Əqrəb mövsümü”nün yaradıcı heyəti mükafatlandırılıb. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 15 fevral tarixində xəbər verir.
Baş prokuror Kamran Əliyev filmə baxdığını və bəyəndiyini bildirib.
Baş prokuror filmin rejissoru Emil Quliyevə, aktyor-ssenarist Azər Aydəmirə, aktyorlar Hikmət Rəhimova, Abbas Qəhrəmanova və baş prodüser Yalçın Verdiyevə hədiyyələr təqdim edib.
"Əqrəb mövsümü" serialı prokurorluq əməkdaşlarının gündəlik həyat tərzindən bəhs edir.