2022-ci ilin yanvar-sentyabr ayları ərzində aqrar sektorda fəaliyyət göstərənlərə 51,7 milyon manat məbləğində güzəştli kredit verilib. Bu barədə 27 oktyabr tarixində Report məlumat verib.
Güzəştli kreditlər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilib.
Məlumata görə, bu həcmdə güzəştli kredit 3 237 fiziki və hüquqi şəxsə verilib.