Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları 1/8 final görüşündə qarşı-qarşıya gəliblər. Bu barədə İnsanoid bu gün, 3 iyul tarixində xəbər verir.
Ötən gün Leyptsiqdəki "Red Bull Arena"da qardaş ölkə 2:1 hesabla qələbə qazanıb.
“Ay ulduzlar”ın heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.
Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.