Serbiyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli Alperen Berber “bozqurd” işarəsi tutub. Bu barədə İnsanoid bu gün, 6 iyul tarixində xəbər verir.
O, bununla Avstriya ilə matçda qol vurduqdan sonra eyni işarəni göstərən Merih Demirala dəstək olub.
Onun məşhur futbolçuya dəstək olmasının səbəbi isə UEFA-nın Merih Demiralı tutduğu “bozqurd” işarəsinə görə cəzalandıracağını açıqlamasıdır.
Qeyd edək ki, qitə futbol qurumu Merih Demiralla bağlı araşdırmalara başlayıb.