Kür çayı üzərində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirən körpü istifadəyə verilib. Bu barədə oktyabrın 26-da APA xəbər yayıb.
Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı xəttində inşa edilən körpüdə artıq qatarların hərəkətinə icazə verilib.
Körpünün tikintisinə ötən ilin iyun ayında başlanılıb. Körpünün uzunluğu 270,58 metr, eni isə 5,7 metrdir.
Paralel olaraq körpüyə birləşəcək yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində də tikinti işləri görülür.