"Azərkosmos" kommersiya fəaliyyətinə başladığı 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.
Bu barədə 9 fevral tarixində Report "Azərkosmos" İdarə Heyətinin sədrinin sözlərinə istinadən məlumat verib.
“Hazırda ölkəmiz "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya, "Azersky" müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yer tutur. Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib”, - sədr bildirib.