“Azercell” və “Nargis” fondu Türkiyədə zəlzələdən zərər çəkənlər üçün əməkdaşlığa başlayıb. Bu barədə İnsanoid bu gün, 8 fevral tarixində məlumat verir.
Azercell şirkəti ilə əməkdaşlıq çərçivəsində 7303 qısa nömrəsi bu gündən etibarən istifadəyə verildi.
Qısa nömrə vasitsəilə “Nargis” Fonduna ianə etmək artıq daha asandır.
Yeni xidmət ilk öncə qardaş Türkiyəyə yardım etmək məqsədilə yaradılıb. Bir həftə boyunca mesaj mətnində 1 rəqəmindən 9 rəqəminədək yazaraq, mesajı 7303 qısa nömrəsinə göndərirsiz.
Bununla Azercell abunəçiləri müvafiq olaraq 1 AZN-dən 9 AZN-dək Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər.
Suallarla bağlı çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz: +994 12 526 54 93