Paytaxtın Xəzər rayonu ərazisində (Xəzər dənizi sahili) əl qumbarası aşkarlanıb. Bu barədə 9 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
“Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib”, - məlumatda bildirilib.
[gallery link="file" columns="1" size="full" ids="118472"]