Ötən gün dəmir yolu xəttində piyadaların vurulması ilə nəticələnən qəza baş verib.
BakuPlus.az-ın əldə etdiyi məlumata görə, hadisə 22:00 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Qəza zamanı 29 yaşlı E.Fərzəliyev və 17 yaşlı S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Qəza ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.