Polis bir gündə 8,8 kiloqram narkotik vasitə aşkarlayıb. Bu barədə Report 17 fevral tarixində məlumat verib.
Polis əməkdaşlarının fevralın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,4 kiloqramdan artıq heroin, 1,3 kiloqramdan çox marixuana, 70 qrama yaxın metamfetamin, 90 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.