Bolqarıstanın paytaxtı Sofiya yaxınlığında yük maşınında 18 nəfərin meyiti aşkarlanıb. Bu barədə Report 18 fevral tarixində xəbər verib.
İlkin məlumatlara görə, yük maşınında miqrantlar olublar, onlar odun yükünün altında gizləniblər.
Bununla belə, qeyd edilir ki, yük maşınında sağ qalanlar da var. Agentliyin məlumatına görə, 34 nəfər müxtəlif xəstəxanalara göndərilib. Ölənlər arasında 6-7 yaşlı uşaqlar da var.
Miqrantların daşınma marşrutu müəyyən edilib. Yük maşınının sürücüsü qaçıb.