Bu ilin on ayında 81 uşaq zorakılığa məruz qalıb. Report-un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, uşaqlara qarşı törədilən bu kimi halların 15-i cinsi zorakılıq olub.