Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib. Bu barədə Report 1 fevral tarixində məlumat verib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, polis polkovniki Ramil Priyev Alayın Qərargah rəisi təyin olunub.
Daha əvvəl Əlahiddə Çevik Polis Alayının komandiri polis general-mayoru Səhlab Bağırov idi.
O, ötən ay vəzifəsindən azad edilərək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.