Daşkəsəndə 86 yaşlı kişi və 77 yaşlı arvadı qətlə yetirilib. Bu barədə 5 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
İlkin araşdırmalar zamanı rayon sakinləri - 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il təvəllüdlü Pəri Məmmədovanın küt alətlə qətlə yetirilmələri məlum olub.
Qətli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mədənçilər qəsəbə sakini Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.