İxtisaslaşma seçimində iştirak edən 15 min 660 bakalavrdan 13 min 484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Bu barədə 4 iyul tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.
Qeyd olunub ki, qəbul olunanlardan 5 996 nəfər dövlət sifarişi, 7 488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9 694 nəfər ali təhsil müəssisələrinin cari, 3 790 nəfər isə əvvəlki illərin məzunudur.
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15 922 plan yerinin 84.69%-i dolub.