Aprelin 10-da ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.