Ötən gün ərzində törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə 7 may tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.