Martın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 121 cinayətin açılması təmin olunub. Bu barədə 13 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 100 nəfər saxlanılıb.