Martın 30-da ölkə ərazisində qeydə alınan 144 cinayətin açılması təmin olunub. Bu barədə 31 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Narkotiklərlə əlaqəli 97, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb.