DOST İş Mərkəzi tərəfindən Ağalı kəndində 4 vakant yer elan edilib, daha 30 vakant yerin açılması üçün son tamamlama işləri aparılır.
Bu barədə oktyabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Dövlət Məşğulluq Agentliyi tərəfindən 40-dan çox sakin işlə təmin olunub, 12 nəfər peşə hazırlığına cəlb olunub.
Həmçinin kəndin 3 sakininə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaları üçün aktivlər verilib, daha 8 sakinin bu proqrama cəlb edilməsi nəzərdə tutulub.