Dövlət İmtahan Mərkəzi növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixlərini açıqlayıb. Bu barədə 15 fevral tarixində Mərkəz məlumat verib.
İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.
Qeyd olunub ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq, dəyişiklik edilə bilər.
İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək”, - məlumatda bildirilib.