Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen sevgilisi Ella Viktoriya Meloun ilə ailə qurub.
İnsanoid.com xəbər verir ki, planetin ən yaxşı şahmatçısının və onun nişanlısının toy mərasimi Norveç paytaxtının ən hündür nöqtəsində, Holmenkollen ərazisində yerləşən kilsədə baş tutub.
Bəzi KİV-in məlumatına görə, Ella Viktoriya Meloun Osloda anadan olub və Norveç-Amerika əsillidir. Onun 26 yaşı var, Karlsendən səkkiz yaş kiçikdir.