Ermənistanda tərxis olunmuş hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Bu barədə İnsanoid Ermənistan mətbuatına istinadən bu gün, 11 iyul tarixində xəbər verir.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan bildirib ki, Syunik vilayətində baş vermiş qəza nəticəsində iki nəfər həlak olub, üç nəfər xəstəxanaya yerləşdirilib.