Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyədə 44 nəfəri dağıntılar altından sağ çıxarıblar. Bu barədə 9 fevral tarixində Nazirlik məlumat verib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək”, - məlumatda bildirilib.
[gallery link="file" size="full" ids="104955,104956,104957"]