Ötən sutka ərzində 85 yanğına çıxış olub.
Bu barədə 11 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfər xilas edilib, yanğın zamanı 4-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti sudan tapılıb çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.