Ötən sutka ərzində 34 yanğına çıxış olub.
Bu barədə 28 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 10 nəfər xilas edilib, yanğın zamanı 35 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər yanıq xəsarəti alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.