Ötən sutka ölkə ərazisində 43 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 17 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Avtoqəza nəticəsində 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.