Ötən sutka ölkə ərazisində 55 yanğına çıxış olub. Bu barədə 16 fevral tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ötən sutka ölkə ərazisində 55 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.