Martın 19-da saat 21:00 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 mart tarixində İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qarabaqqal kənd sakini Ə.Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bığır kənd sakini Rafiq Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada martın 20-də ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.