Göyçay şəhərində kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu haqda 8 fevral tarixində Report məlumat verib.
Hadisə şəhərin Abdulla Farux küçəsində qeydə alınıb. Rayon sakini, 65 yaşlı Məhərrəm Məhərrəmov yaşadığı evin pilləkənindən aşağı düşərkən ehtiyatsızlıq səbəbindən yıxılıb.
Beton üzərinə düşən M. Məhərrəmov başından ağır travma alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.