Göyçay rayonunda kütləvi dava olub, 5 nəfər xəsarət alıb. Bu barədə 14 fevral tarixində Report məlumat verib.
Belə ki, fevralın 13-də günorta saatlarında Göyçay şəhərində 5 nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar - Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.