Rusiyanın Federal Vergi Xidməti əfsanəvi rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub. Bu barədə 1 iyul tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Buna səbəb onun 300 milyon rubla yaxın borcunun olmasıdır.
Daha əvvəl Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.