Hacıqabul rayonu ərazisində avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə 15 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayon sakini Afiq Mirzəyev idarə etdiyi "BMW" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların narazılığına səbəb olub.
Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Mirzəyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
[gallery link="file" columns="1" size="full" ids="112654"]